Zaqatalada ev yandı
Bizi izləyin

Hadisə

Zaqatalada ev yandı

Yanğın hadisəsi axşam saatlarında rayonun Aşağı Tala kəndində baş verib.

Publika.az xəbər verir ki, FHN-in Zaqatala Dövlət Yanğından Mühafizə hissəsindən verilən məlumata əsasən, kənd sakini Abdulla Əzizova məxsus ümumi sahəsi 90 kvadratmetr olan ikiotaqlı birmərtəbəli fərdi yaşayış evi yanıb.

Hadisə yerinə rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğınsöndürənlərin səyinə baxmayaraq evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm