Putin G20 sammitinə qatılmayacaq
Bizi izləyin

MDB

Putin G20 sammitinə qatılmayacaq

Rusiya Prezidenti Vladimir Putin bu il Braziliyada keçiriləcək G20 sammitində iştirak etməyəcək.

Publika.az xəbər verir ki, bunu Putin BRICS ölkələrinin KİV rəhbərləri ilə görüşündə deyib.

O, tədbiri pozmamaq üçün bu qərarı verdiyini bildirib.

Putin onun həbsinə dair Beynəlxalq Cinayət Məhkəsməsinin orderi fonunda Braziliyaya səfərin mümkünlüyünü belə şərh edib: “Biz Rusiya ətrafında baş verənləri başa düşürük və mən də başa düşürəm”.

Rusiya lideri vurğulayıb ki, Beynəlxalq Cinayət Məhkəməsinin universal əhəmiyyəti yoxdur. O, Rusiyanın yurisdiksiyasını tanımadığı beynəlxalq təşkilatlardan biridir. Onu nə ABŞ, nə Çin nə də Türkiyə tanıyır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm