Hadisə
Nazirliklərə hücum edənlərin məhkəməsi başladı
Daha əvvəl məlumat verildiyi kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər dövlət orqanlarının məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirmiş şəxslər barədə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi üzrə araşdırmalar aparılıb.
Publika.az xəbər verir ki, həmin cinayət işi üzrə istintaq yekunlaşdırılaraq toplanmış materiallar ittiham aktı ilə birlikdə məhkəməyə təqdim edilib.
22 noyabr 2024-cü ildə Bakı şəhəri Xəzər rayon məhkəməsində iş üzrə hazırlıq iclası keçirilib.
Məlum olub ki, Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə təqsirləndirilən Dünyamaliyev Cavid İlqar oğlu və Cəlilov Cəlil Hüseyn oğlu Səhiyyə Nazirliyinin "e-health.gov.az", Elm və Təhsil Nazirliyinin "miq.edu.az" və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirdikdən sonra onları sahibliklərində olan xüsusi serverlərə ötürüb.
Daha sonra isə "Teleqram" və digər sosial şəbəkələrdə yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını elan ediblər.
Cinayətkarlar maraq cəlb etmək məqsədilə yaratdıqları reklam çarxlarında ölkədə müxtəlif nüfuzlu şəxslərin fərdi məlumatlarını paylaşaraq istənilən vətəndaşın şəxsi məlumatlarını pul müqabilində sata biləcəklərini qeyd ediblər.
Bu şəxslərin fəaliyyətləri ifşa olunduqdan sonra topladıqları fərdi məlumatlar və müvafiq informasiya sistemlərinə qanunsuz giriş imkanları bloklanıb.
Növbəti məhkəmə prosesi 13 dekabrda keçiriləcək.
-
Magazin106:16Əməkdar artist nəvəsinə Antalyadan EV ALDI - FOTO
-
Magazin103:13“Afaq məni ürəkdən təqdim edə bilmir”
-
Mətbəx00:30Mükəmməl balıq qızartmağın sirri - Üstü xırçıltılı, içi yumşaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətlərə zərər verə bilər
-
Cənubi Qafqaz28 Dekabr 23:36Ermənistanda TRIPP üzrə tikintinin başlayacağı TARİX AÇIQLANDI
-
Hadisə28 Dekabr 23:00Qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı imiş - FOTO
-
İdman28 Dekabr 22:00Ronaldo Yaxın Şərqin ən yaxşı oyunçusu seçildi
-
Magazin128 Dekabr 21:12"Məni Merilin Monroya bənzədirlər"





























.jpg)







