Avropa
20 bəndlik sülh planından nə xəbər? - Zelenskidən ümidverici AÇIQLAMA
“ABŞ-da bütün mövzular üzrə həqiqətən də əla müzakirələr apardıq. Amerika və Ukrayna komandalarının əldə etdiyi irəliləyişi yüksək qiymətləndiririk”.
Publika.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Floridada keçirilən görüş sonrası birgə mətbuat konfransında deyib. Dövlət başçısı bildirib ki, görüşdə sülh planının bütün aspektləri müzakirə olunub.
“20 bəndlik sülh planı 90 faiz, ABŞ-Ukrayna təhlükəsizlik zəmanətləri və hərbi aspektlər 100 faiz razılaşdırılıb. ABŞ-Avropa-Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı demək olar ki, razılıq əldə olunub. Rifah planı tamamlanma mərhələsindədir və biz bunu da müzakirə etdik. Təhlükəsizlik zəmanətləri davamlı sülhə nail olmaq üçün əsas mərhələdir və komandalarımız bütün aspektlər üzərində yaxşı işləməyə davam edəcəklər”,- deyə Zelenski əlavə edib.
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO



































