MDB
Psixatriya xəstəxanasında dəhşət: Tibb işçisini öldürüb qaçdılar
Rusiyada maraqlı hadisə baş verib.
Publika.az V1.ru-ya istinadən xəbər verir ki, Kalaçevski rayonunun Loqovski kəndindəki psixiatriya xəstəxanasında olan məhkumlar sanitar işçini öldürərək qaçıblar.
Nəşr mənbəsinə istinad edib. Məlumata görə, insidenti iki xəstə törədib və onlar əvvəllər Kamışinski rayonunun Dvoryanskoye kəndində məcburi müalicə alıblar. Daha sonra onlar Luqovskoyedəki psixiatriya klinikasının ümumi palatasına köçürülüblər. Başqa bir mənbə isə bildirib ki, məhkumlardan biri məhkəmədən dərhal sonra Loqovskidəki klinikaya müalicə üçün göndərilibmiş.
"Cinayətkarların adi insanlar, zəif təqaüdçülərlə bir yerdə saxlanılması, həmin müəssisəyə ötürülməsi böyük bir sual doğurur. Bu necə mümkün olur axı?",- deyə mənbə öz qəzəbini gizlətməyib.
Qeyd edilib ki, dekabrın 27-si səhər saatlarında tibb işçisi yuxuda olarkən xəstələr onun üzərində olan açarları götürərək qaçdılar. Tibb işçisinin bədənində səkkiz bıçaq yarası aşkar edilib. Xəstəxaandan qaçanlar bir neçə saat sonra tutulublar. Hələlik bu barədə rəsmi məlumat yayılmayıb. Yerli media əvvəllər də eyni müəssisədən xəstələrin qaçdığını yazıb.
Tural
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi
-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər
-
Enerji11:03Bu şirkətə 12 milyon manata yaxın pul ödəniləcək
-
MDB10:02Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır
-
İdman09:10Messinin nəsil şəcərəsi üzə çıxdı - Argentinalı deyilmiş
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər
-
Elm və təhsil07:35Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar








.jpg)
.jpg)













.jpg)










