Hadisə
Bakıda küçədə dalaşan sevgililər saxlanıldı: "Maşında məni döyüb başıma torba keçirdi"
Bakıda küçədə dalaşan sevgililər polis əməkdaşları tərəfindən saxlanılıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu Xocalı prospektində baş verib.
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşları “BMW” markalı avtomobildən düşən kişi ilə qadının dalaşmasını və qışqıraraq səs-küy salmasını görüblər. Onlar polis tərəfindən bölməyə dəvət edilib.
Məlum olub ki, küçədə ictimai asayişi pozan şəxslər 1983-cü il təvəllüdlü Meyransa Məmmədova (soyadlar şərtidir) və 1990-cı ildə anadan olmuş Əliabbas Fətullayevdir.
Ə. Fətullayev barəsində inzibati xətaya dair protokol tərtib edilib və o, məhkəməyə göndərilib.
Saxlanılan şəxs bildirib ki, dalaşdığı qadın onun sevgilisidir və qısqanclığa görə aralarında mübahisə olub: “8 aya yaxındır ki, Meyransa ilə qeyri-rəsmi münasibətdəyik. 11 noyabr 2024-cü il tarixində saçımı kəsdirmək üçün maşınımla getmişdim. Meyransa isə avtomobildə təxmini olaraq 1 saatdan çox gözləyib. Mən avtomobilə geri qayıdan zaman Meyransa ilə aramızda qısqanclıq zəminində mübahisə başladı. Maşın hərəkətdə olarkən o, maşından düşmək istəyirdi, lakin mən buna imkan vermədim. Meyransanı sakitləşdirmək istəyən zaman o, təpiklə avtomobilin şüşəsinə zərbə vurdu. Bundan sonra avtomobili qarşıda saxlayaraq taksi sifariş verdim”.
Meyransa Məmmədova isə sevgilisinin maşında onu döydüyünü, başına torba keçirdiyini iddia edib. Əliabbas isə bunu inkar edib.
Xətai Rayon Məhkəməsi Ə. Fətullayevi 150 manat cərimə edərək sərbəst buraxıb.
Turqut Seyidov
-
İdman19:05Coşua dəhşətli qəzaya düşdü: 2 nəfər öldü
-
Nida Xəbər 18:45Bir ay əvvəl təyin olunan icra başçısı niyə işdən çıxarıldı? - TƏFƏRRÜAT
-
Ekologiya18:25Əhaliyə XƏBƏRDARLIQ: Dekabrın son iki günündə...
-
Rəsmi xronika17:39Bu rayonun icra başçısı vəzifəsindən azad edildi
-
İdman17:36Qurban Qurbanovun oğlunun toyunda görün kimlər iştirak edib: General və nazirlər - YENİ FOTOLAR
-
Rəsmi xronika17:12İlham Əliyev "Bakı Ağ Şəhər"də oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:09Prezident daha bir fərman imzaladı
-
Nida Xəbər 16:00Sevinc Osmanqızı və digərlərinin məhkəməsi başlayır















.jpg)

.jpg)












.jpg)







