Hadisə
Meyiti tapılan bloger bu klinikada əməliyyat olunub - 5 min veribmiş / FOTO
Bakıda daha bir gənc qız plastik əməliyyatın qurbanı olub.
Publika.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə "Mərcan" klinikasında baş verib.
Belə ki, 23 yaşlı Nərmin İsgəndərova doktor Nurlan Həsənliyə qarın gərmə və bədən şəkilləndirmə əməliyyatı etdirib.
Qızın anası Şahnaz Mehdiyevanın sözlərinə görə, qızı əməliyyata görə 5000 manat ödəniş edib. Əməliyyatdan bir müddət sonra xəstənin yarasından çirkli su axmağa başlayıb. Xəstə bu barədə həkimə məlumat versə də, təəssüf ki, həkim xəstəsinə laqeyd yanaşıb. Ailəsi bildirir ki, gənc qız öz hesabına irin axan yarasına dərmanlar tapmağa çalışıb. Lakin yolda halı pisləşib və ordaca dünyasını dəyişib.
Qeyd edək ki, vəfat edən Nərmin Mehdiyeva bloger fəaliyyəti ilə məşğul olub. Bir qızı var.
-
MDB14:20
Putindən qorxunc mesaj: Bu halda nüvə silahı olmayan ölkəyə də nüvə zərbəsi endirəcəyik
-
Nida Xəbər 14:02
Əli Əsədovdan daha bir qərar
-
Nida Xəbər 13:26
Azərbaycanda generallar məhkəməyə çağırıldı - Biri Kərəm Mustafayevdir / FOTO
-
Hadisə12:30
Meyiti tapılan bloger bu klinikada əməliyyat olunub - 5 min veribmiş / FOTO
-
Nida Xəbər 11:30
Fərid Vəliyevə PA-da vəzifə verildi - FOTO
-
Sosial11:08
Azərbaycanda bloger evində ölü tapıldı
-
Hadisə10:14
Bakıda məşhur restoran yanır - VİDEO/YENİLƏNDİ
-
Yaxın Şərq09:54
Paris aranı qarışdırmaq üçün hərəkətə keçdi: Türklərlə kürdlər arasında...