Dünya
Radarlardan itən helikopterin qalıqları tapıldı
Yaponiyanın Kumamoto prefekturasındakı Aso dağı üzərində uçuş edərkən radarlardan itən ekskursiya helikopterinə aid olduğu güman edilən qalıqların yeri müəyyən edilib.
Publika.az Yaponiya mediasına istinadla xəbər verir ki, göyərtəsində pilot və 2 turistin olduğu R44 helikopteri səhər saatlarında radarlardan itib. Axtarış işlərinin gedişində helikopterin qalıqları təxminən 4 saat sonra aşkarlansa da, pilot və sərnişinlər hələ də tapılmayıb.
Ekskursiya şirkətindən verilən məlumata görə, həmin helikopter radarlardan itməzdən əvvəl gün ərzində 2 uçuş yerinə yetirib və heç bir texniki nasazlıq olmayıb. Pilot isə 40 illik uçuş təcrübəsinə malik olub. Bununla belə, səhər saatlarında havanın buludlu olduğu bildirilir.
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək




































