Hadisə
Xanım sürücü maşını park edə bilmədi: Bütün yolu "iflic" etdi - VİDEO
Sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub. Belə ki, bir kişi evlərinin qarşısında avtomobili park etməkdə çətinlik çəkən həyat yoldaşını balkondan mobil telefonla lentə alaraq paylaşım edib.
Publika.az xəbər verir ki, görüntülərdə qadının maşını park etməyə çalışdığı, bu zaman isə ərinin ona kömək etmək əvəzinə prosesi videoya çəkdiyi görünür. Tıxac yarandığı və sürücülərin qadına qarşı aqressiyasının yer aldığı sözügedən kadrlar qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və çoxsaylı reaksiyalar doğurub.
İzləyicilərin əksəriyyəti kişinin davranışını tənqid edərək, onun bu vəziyyətdə həyat yoldaşına dəstək olmalı olduğunu bildirib. "Çəkməkdənsə kömək etsəydi daha yaxşı olardı", "Ailədə belə davranış doğru deyil" kimi rəylər paylaşımların altında tez-tez səsləndirilib.
Bəzi istifadəçilər isə hadisəni zarafat kimi qiymətləndirsə də, ümumi rəy kişinin hərəkətinin doğru olmadığı yönündə olub. Video hazırda da sosial mediada aktiv şəkildə müzakirə olunmaqdadır.(milli.az)
-
Dünya22:36Süd Yolunun itirilmiş kütləsi görün harada gizlənib...
-
Sosial22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin121:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi
-
Sosial16:49Əli Əsədov qərar imzaladı
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır






.jpg)





























