İqtisadi gündəm
Ən ucuz işlənmiş avtomobillər - TOP-10
İşlənmiş avtomobillər yeni modellərlə müqayisədə daha ucuzdur, buna görə də sürücülər tez-tez məhz işlənmiş avtomobilləri seçirlər. Lakin yürüşlü avtomobil seçimi heç də asan məsələ deyil. Xüsusilə də ucuz model tapmaq çətindir.
Publika.az xəbər verir ki, "WhatCar?" nəşrində 10 ən yaxşı ucuz yürüşlü avtomobilin adı açıqlanıb.
Ekspertlərin bildirdiyinə görə, bu modellərin hamısını Böyük Britaniyanın ikinci əl bazarında 10 min funt-sterlinqdən (təxminən 13 405 ABŞ dolları) ucuz qiymətə almaq mümkündür.
Ucuz işlənmiş avtomobillərin TOP-10 siyahısı:
1. "Ford Fiesta"
2. "Volkswagen Polo"
3. "Skoda Kamiq"
4. "Hyundai i10"
5. "Ford Puma"
6. "Ford Focus"
7. "Skoda Karoq"
8. "Dacia Duster"
9. "Volkswagen Passat Estate"
10. "Audi TT"
Ekspertlər ən yaxşı ucuz yürüşlü avtomobil kimi "Ford Fiesta" hetçbekini seçiblər. Onlar vurğulayıblar ki, bu model bütün rəqiblərini üstələyir.
Nəşrdə "Ford Fiesta"nın idarəolunması yüksək qiymətləndirilib və qeyd olunub ki, bu hetçbek dolama yollarda hərəkət zamanı özünü əla göstərir. Həmçinin ekspertlər bildiriblər ki, model kifayət qədər komfortlu asqı sisteminə malikdir.
Bundan əlavə, nəşr yazır ki, "Ford Fiesta" müasir texnologiyalarla zəngin təchizat təklif edir. Bununla yanaşı, ekspertlər modelin bir neçə çatışmazlığını da qeyd ediblər. Bunlara rəqiblərlə müqayisədə kiçik baqaj həcmi, interyerdə ucuz plastik materiallar və zəif gücə malik baza mühərrikləri daxildir.(Qaynarinfo)
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir








.jpg)






























