Rafiq Əliyevin qaynı oğlu Rusiyada qətlə yetirildi
Bizi izləyin

Hadisə

Rafiq Əliyevin qaynı oğlu Rusiyada qətlə yetirildi

Rusiyanın paytaxtı Moskva şəhərində əslən azərbaycanlı olan gənc qətlə yetirilib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, paytaxt ərazisində yerləşən çoxmərtəbəli binada mənzillərdən birinə basqın olub.

Mənzilə basqın edən naməlum şəxslər evdə tək olan 20 yaşlı azərbaycanlını binanın 13-cü mərtəbəsindən yerə atıblar.

Gənc azərbaycanlı hadisə yerindəcə keçinib.

Əldə etdiyimiz məlumata görə, qətlə yetirilən şəxs "Azpetrol"un sabiq prezidenti Rafiq Əliyevin qaynı Müxalif Hüseynovun oğludur.

Mərhumun meyiti bir neçə gün əvvəl Azərbaycana gətirilib və Cəlilabad rayonunda torpağa tapşırılıb.

Qeyd edək ki, M.Hüseynov uzun illər Rusiyada hüquq-mühafizə orqanlarında çalışıb və hazırda təqaüddədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm