Hadisə
Bakıda məşhur şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlandı - FOTO
Bakıdakı şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Belə ki, paytaxtın Sabunçu rayonu, Sülh küçəsi, ev 4D ünvanında fəaliyyət göstərən "Bəyaz" şadlıq sarayında yoxlama aparılıb.
Müəssisədə yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ tələblərin pozulması faktları müəyyən edilib. Qida təhlükəsizliyi reyestrindən çıxarışı olmadan fəaliyyət göstərən müəssisədə aşkar saxtalaşdırma əlamətləri olan 62 ədəd hər biri 700 ml "Organic" əmtəə nişanlı premium araqlarının satışının həyata keçirildiyi məlum olub. Həmin məhsulların üzərində qanunvericiliyə uyğun olaraq tam, dolğun şəkildə markalanma aparılmayıb.
Uyğunsuzluq aşkarlanan məhsullardan nümunələr götürülüb, sınaqların aparılması məqsədi ilə laboratoriyaya təqdim edilib. Agentliyin əməkdaşları saxta, istifadəyə yararsız məhsulların satışının qarşısını alaraq dövriyyədən çıxarıb.
Faktla bağlı müvafiq tədbirlər görülüb, araşdırmalar davam etdirilir.
-
Magazin120:12
Həkimdən ŞOK AÇIQLAMA: "Çimnaz müalicədən imtina edib ki..."
-
Region19:24
Hava limanının ayaqyolusunda doğulan qızın YERİ MƏLUM OLDU
-
Sosial19:00
Sabah bu rayonun bir hissəsi QAZSIZ QALACAQ
-
İdman18:15
Mariana Vasileva vəzifəsindən AZAD OLUNDU
-
MDB17:53
Zaxarovadan Ermənistana atmaca: Başqa vaxt deyirsiniz ki...
-
Nida Xəbər 17:22
Hələ də Azərbaycana qarşı təhdidlər var - Ceyhun Bayramov
-
İdman16:53
Rafael Ağayevlə bağlı AKF-dən eksklüziv açıqlama: "O, qurumun vitse-prezidenti deyil"
-
İdman15:46
AFFA "bəzəkli strategiya"ya görə xarici şirkətə nə qədər ödəyib? - FANTASTİK MƏBLƏĞ