Dünya
21 ildən sonra Türkiyəyə tarixi səfər: Bu gün gəlir
Monqolustan prezidenti Uxnaaqiyn Xurelsuxdanın Türkiyəyə rəsmi səfəri 16-19 yanvar 2025-ci il tarixləri arasında baş tutacaq.
Publika.az xəbər verir ki, bununla bağlı Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun sosial media hesabından açıqlama verib.
O, açıqlamasında Xurelsuxdanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gələcəyini bildirib. Altun səfər çərçivəsində Prezident iqamətgahında danışıqların aparılacağını qeyd edib.
Onun sözlərinə görə, danışıqlar Türkiyə ilə Monqolustan arasında münasibətlərin bütün aspektlərinin nəzərdən keçirilməsini, əməkdaşlığın dərinləşdirilməsi üçün mümkün addımların müzakirəsini, aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparmağı nəzərdə tutur.
“Monqolustandan ölkəmizə dövlət başçısı səviyyəsində səfər 21 ildən sonra reallaşacaq və köklü tarixi keçmişə, mədəni zənginliyə və ortaq irsi paylaşan türk və monqol xalqları arasında dostluq əlaqələrinin qarşılıqlı fayda əsasında daha da inkişaf etdirilməsinə vəsilə olacaq”, - deyə F.Altun qeyd edib.
Roza
-
Region02:19ABŞ dronlarla hücuma keçdi? - Qeşm adasında partlayış səsləri eşidildi
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması











.webp)















.jpg)
.jpg)


