Yeni ildə yanan qadın bu gün xəstəxanada öldü
Bizi izləyin

Hadisə

Yeni ildə yanan qadın bu gün xəstəxanada öldü

2024-cü ilin dekabrın 31-də Sumqayıtda ehtiyatsızlıq nəticəsində yanan 63 yaşlı qadın bu gün xəstəxanada ölüb.

Publika.az verir ki, hadisə şəhərin Kotec qəsəbəsində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Sahibə Hüseyn qızı Hüseynova evdə manqal qalayarkən ehtiyatsızlıq nəticəsində yanıb.

O dərhal xəstəxanaya çatdırılıb. Aparılan müalicələrə baxmayaraq, o, bu gün xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm