Nida Xəbər
MN-in hərbi hissəsində nöqsanlar aşkarlandı
Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən İntizam xarakterli hərbi hissəsinə başçəkmə keçirib.
Bu barədə Publika.az-a Ombudsman Aparatı məlumat verib.
Qeyd olunub ki, başçəkmə zamanı hərbi hissənin karantin yerinə, həbs otağına, anbarına, qısa və uzunmüddətli görüş otağına, mətbəxinə və yeməkxanasına baxış keçirilib, bir sıra nöqsanlar aşkarlanıb.
Başçəkmə zamanı həmçinin cəza çəkən hərbi qulluqçular konfidensial qaydada qəbul edilib, onlara hüquq və vəzifələri və Ombudsmanın səlahiyyətləri izah olunub.
Yekunda hərbi hissənin rəhbərliyi ilə milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbət aparılıb, aşkar edilən çatışmazlıqlar diqqətə çatdırılmaqla onların aradan qaldırılması istiqamətində, həmçinin saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
-
Sosial07:47
Bu məhsul kəskin BAHALAŞA BİLƏR
-
Magazin106:46
Aygünlə Röya bir-birinə elə sözlər dedilər ki... - VİDEO
-
İKT06:16
"Telegram"da yeni fırıldaq üsulu ilə bağlı XƏBƏRDARLIQ
-
Avropa04:14
Arvadının paylaşdığı foto narkobaronun BAŞINA BƏLA OLDU
-
Səhiyyə02:12
Həkimlər bahalı dərman satışından faiz götürür? - VİDEO
-
Magazin100:30
Aygün Kazımovanın ad günü partisi - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Ətrafınızda elə hadisələr baş verə bilər ki...
-
Magazin226 Yanvar 23:48
Məşhur qrupun yaradıcısı 94 yaşında VƏFAT ETDİ - FOTO