Türkiyədə bu dəfə beşmərtəbəli binada yanğın oldu: 9 nəfər xəstəxanaya yerləşdirildi
Bizi izləyin

Hadisə

Türkiyədə bu dəfə beşmərtəbəli binada yanğın oldu: 9 nəfər xəstəxanaya yerləşdirildi

Türkiyənin paytaxtı Ankarada beşmərtəbəli binanın dördüncü mərtəbəsindəki mənzildə yanğın baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər tüstüdən zəhərlənib. Onlar xəstəxanaya yerləşdiriblər.

Hadisə yerinə yanğınsöndürənlər gəlib. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Daha sonra yanğın tam söndürülüb.

İlkin ehtimala görə, yanğına elektrik sistemindəki nasazlıq səbəb olub.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm