ABŞ-ın koronavirusla bağlı ittihamları Çini qəzəbləndirdi
Bizi izləyin

ABŞ

ABŞ-ın koronavirusla bağlı ittihamları Çini qəzəbləndirdi

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) COVID-19 pandemiyasının Çinin Uhan şəhərindəki laboratoriyadan virus sızması nəticəsində başladığı versiyasına üstünlük verir.

Publika.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

MKİ əvvəllər bildirirdi ki, virusun heyvandan insana təbii yolla, yoxsa laboratoriya insidenti nəticəsində keçdiyini müəyyən etmək üçün kifayət qədər məlumat yoxdur. Qurumun mövqeyinin dəyişməsi yeni kəşfiyyat məlumatlarının əldə edilməsinə deyil, mövcud məlumatların daha diqqətli öyrənilməsinə əsaslanır.

Qeyd edilir ki, bu təhlil hələ ABŞ-ın keçmiş Prezidenti Co Baydenin administrasiyası dövründə başlayıb və nəticələr MKİ-nin yeni direktoru Con Retkliffin qərarı ilə açıqlanıb. O, daha əvvəl dəfələrlə Çini COVID-19-un mənşəyini və virusun yayılma şəraitlərini gizlətdiyinə görə "cəzalandırmağa" və Pekini 2022-ci il Qış Olimpiya Oyunlarını keçirmək hüququndan məhrum etməyə çağırıb.

Çin isə öz növbəsində ABŞ-ı dünyadakı biolaboratoriyaları haqqında məlumatları açıqlamağa çağırıb.

TASS-a müsahibəsində Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Penqyu MKİ-nin COVID-19-un laboratoriya mənşəli versiyasını dəstəkləməsi ilə bağlı mediada yayılan xəbərləri şərh edərkən bildirib ki, bu, Çini qaralamaq məqsədi daşıyan siyasi manipulyasiyadır. Diplomat qeyd edib ki, bu cür bəyanatlara etibar etmək olmaz. O, MKİ-nin tapıntılarının heç bir ciddi dəlillə əsaslanmadığını vurğulayıb.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm