Sosial
Kommunal ödəyənlərin DİQQƏTİNƏ: Bu, yanlışdır
Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslamın 960 manat kommunal borcunun olduğu üzə çıxıb. Məlum olub ki, xanım müğənni lift xidmətinə görə də ödəniş həyata keçirməyib.
Bu xəbər bir sıra məsələləri gündəmə gətirib. Bəzi iddialara görə, yaşayış binalarında hər kvadratmetr üçün qiyməti binanın komendantının, idarəçisinin təyin etməsi qanunsuzdur. Bundan başqa bildirilir ki, kim neçə istəyir, elə də öz qiymətini elan edir. Nəticədə ödənişdə çətinlik yaranır.
Yaşadığımız binalarda kommunal ödəniş nədir? Orda qiymətlər necə və kimlər tərəfindən tənzimlənir? Bunu Nazirlər Kabineti təyin edir, ya MTK-lar?
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan əmlak eksperti Mülkədar Rüstəmovun fikrincə, əslində, sakinlər MTK-dan idarəetməni təhvil alıb, öz aralarında Həmkarlar İttifaqı yaratmalıdırlar.
Onun sözlərinə görə, sakinlər bunu etmək üçün Vergilər Nazirliyində könüllü məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyata düşməlidirlər:
"Belə olan halda yaratdıqları həmin ittifaq rəsmi və qanuni bir qurum kimi tanınacaq. Bundan sonra da mübahisə yaradacaq məsələləri heç kimdən asılı olmadan özləri həll edəcəklər. Yəni yaşadıqları binanı özləri idarə edə biləcək. Eyni zamanda kommunal xidmətlərin rüsumunu da sakinlər təyin etmiş olacaq. Bura isə mühafizə xidməti, xadimə, lift, işıq pulu və s. aiddir. Vətəndaşların müştərək məsuliyyətli cəmiyyət yaratması bu kimi problemləri kökündən bir dəfəlik həll etmək deməkdir. Təəssüf ki, bir çoxu belə hallardan xəbərsizdirlər".
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı
-
İqtisadi gündəm09:25Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…
-
Magazin206:16"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO
-
Səhiyyə05:15Bu məhsul mədəaltı vəzi xərçəngi riskini artırır













.jpg)

















