Sosial
Taksilərə tələbat azalıb, avtobuslara isə artıb - AYNA
"Biz son iki ildə taksi xidmətindən avtobuslara keçidi müşahidə etdik".
Publika.az xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyyətinin sədri Anar Rzayev bildirib.
“Biz gördük ki, xüsusilə şəhər mərkəzində taksilərlə səfərlərin sayı azaldı, avtobuslarla isə artdı. Yəni, alternativ seçimlər yaradıldıqda vətəndaşlar bunu qiymətləndirirlər və bu keçidi həyata keçirirlər. Alternativlər və əlavə imkanlar yaradılmaqla bu keçidin təmin edilməsi hədəflənir.”
Anar Rzayev qeyd edib ki, metro stansiyaların, tramvay xətləri və avtobusların sayının artırılmasından sonra fərdi nəqliyyatdan istifadənin 30-40 faizə endirilməsi gözlənilir.
Qeyd edək ki, son bir ildə Azərbaycanda taksidən istifadədə 5.25 milyon sərnişin azalması qeydə alınıb. Onlardan 50 faizi avtobusa, 20 faizi isə metroya keçid edib. Taksilərlə daşımada orta qiymət 2.2 manat artıb. Orta səfər məsafəsi isə 34 faiz çoxalıb. Bununla yanaşı, taksilərin orta təqdim olunma vaxtı 1.2 dəqiqə yüksəlib.
-
Nida Xəbər 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı
-
Avropa15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq
-
MDB14:55Putin ad gününü onlarla keçirdi
-
Maraq dünyası14:18Tarakan Xalq Partiyasının rəhbəri azadlığa çıxdı
-
Magazin212:21Stetxemin sevgilisi ideal bədən quruluşunu nümayiş etdirdi - Foto
-
Magazin112:05Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Foto































.jpg)




