Hadisə
Hesaba görə kafe sahibi ilə mübahisə: 6 yaşlı oğlu başından zərbə aldı
Gəncədə kafedə azyaşlıya qarşı zorakılıq etmiş Nizami Məmmədov və oğlu Əjdər inzibati məsuliyyətə cəlb edilib.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, şəhər sakini Ş.Məhərrəmova Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə müraciət edərək N.Məmmədovdan şikayət edib.
O bildirib ki, şəhərin Poçt qəsəbəsində yerləşən kafedə hesabın məbləğinə görə oranın sahibi olan Nizami adlı şəxslə mübahisə edib. Bu zaman Nizami onları kafedən qovub və 2019-cu il təvəllüdlü oğlunun başına bıçağın dəstəyi ilə zərbə endirib.
Şikayətçi kafe sahibinin hadisə anı sərxoş halda olduğunu iddia edib.
Müraciətlə bağlı polis əməkdaşları kafeyə gəlib və bu zaman Nizami Məmmədovla oğlu Əjdər müqavimət göstərərək polisin qanuni tələbinə qarşı çıxıblar.
Saxlanılan şəxslər bölməyə aparılıb və İnzibati Xətalar Məcəlləsinə əsasən barələrində protokol tərtib edilib.
Gəncə Şəhər Məhkəməsinin qərarı ilə Əjdər 18 sutkalıq inzibati həbs olunub. Atasının səhhəti isə nəzərə alınaraq onun barəsində həbslə bağlı olmayan tədbir görülüb.
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı







































