Yaxın Şərq
İran bu obyektlərin görüntülərini paylaşdı: Bölgə dəhşətli fəlakətlə üz-üzə
İranda müharibə aparan tərəflərin hədəfləri arasında mülki infrastrukturun da yer alması qarşıdakı dövrdə böyük bir təhlükəyə yol aça bilər.
Publika.az xəbər verir ki, Yaxın Şərqdəki bəzi duzsuzlaşdırma zavodlarının da hücumlardan təsirləndiyi bildirilib. Dəniz suyunu təmizləyərək içməli suya çevirən bu zavodlar Körfəz ölkələrindəki böyük şəhərlərin su ehtiyaclarının əhəmiyyətli bir hissəsini təmin edir. Buna görə də, onlar müharibə dövründə kritik və həssas hədəflər hesab olunurlar.
İran mediası Körfəz ölkələrində və İordaniyada əsas enerji istehsalı və duzsuzlaşdırma qurğularının görüntülərini paylaşaraq, bu qurğuların İranın enerji obyektlərinə potensial hücumda hədəf alınacağını irəli sürüb.
Körfəz ölkələrində içməli suyun böyük bir hissəsini təmin edən bu qurğuların hədəfə alınması milyonlarla insana təsir edən geniş yayılmış humanitar böhran riskini artırır. Məlumata görə, bir çox Körfəz ölkələrində duzsuzlaşdırma qurğuları ümumi su istifadəsinin yarıdan çoxunu və içməli suyun təxminən 90 faizini təmin edir.
Tural
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı




































