Hadisə
Şabranda sürüşmə fəallaşıb, evlər təhlükə altındadır - VİDEO
Şabran şəhərində, Şabrançayın kənarında torpaq sürüşməsi təhlükəsi sakinləri çətin vəziyyətə salıb. Çay kənarında sürüşmə fəallaşıb, evlər təhlükə altındadır.
Publika.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, 6 ay əvvəl selin yaratdığı fəsadlar hələ də aradan qaldırılmayıb. Güclü axın bir neçə yaşayış evinin divarlarını yuyub, dağıdıb, bəzilərinin isə tamamilə uçmasına səbəb olub. Hazırda torpaq sürüşərək evlərə yaxınlaşır.
Vətəndaşlar bildirirlər ki, güclü seldən 6 ay keçməsinə baxmayaraq, ciddi tədbirlər görülməyib.
Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən isə bildirilib ki, problemin həlli üçün texnikalar cəlb olunub və işlər aparılır.
Sakinlərdə qısamüddətli tədbirlərlə problemin tam həll olunacağına inam azdır. Onlar güclü yağışlardan sonra təhlükənin yenidən böyüyə biləcəyindən narahatdırlar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Şabranda sürüşmə fəallaşıb, evlər təhlükə altındadır
-
İdman01:11Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - VİDEO
-
Magazin100:15"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir mesaj çox şeyi dəyişə bilər
-
Elm və təhsil17 May 23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman17 May 23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin117 May 23:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya17 May 22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin117 May 22:008 illik evlilik Hazala görə bitdi?






























.jpg)


