İdman
Atasının qadağasına görə dünya çempionatında iştirak etməyəcək
“Karlsrue”nin 19 yaşlı hücumçusu Lue Ben Farhat atasının qadağası səbəbindən 2026-cı il dünya çempionatında iştirak etməyəcək.
Publika.az xəbər verir ki, bu barədə “Foot Africa” məlumat yayıb.
Dünən Tunis millisinin baş məşqçisi Sabri Lyamuşi 2026-cı il dünya çempionatı üçün heyəti açıqlayıb. Ben Fərhatın adı siyahıya daxil edilməyib.
Lyamuşi 19 yaşlı hücumçunu turnirə çağırmağı planlaşdırsa da, Ben Fərhat oynamaqdan imtina edib.
Məsələ burasındadır ki, oyunçunun atası hücumçunun turnirə hazır olmadığına və 2026-cı il Dünya Kubokunda iştirakının onun transfer bazarındakı cəlbediciliyini azaldacağına qərar verib.
“Ben Fərhatın atasından telefon zəngi aldım. O, onu heyətə daxil etmək üçün hələ tez olduğunu dedid. Mən şoka düşdüm. Luenin özünə zəng etdim, amma o, cavab vermədi. Atasına da zəng etdim, amma o da cavab vermədi. Bu hörmətsizlikdir. Məsələ bağlandı”, – Lyamuşi deyib.
Bu mövsüm Ben Fərhat Almaniyanın ikinci Bundesliqasında “Karlsruher” klubunda 19 oyunda 6ı qol vurub. Mart ayında o, Tunis millisində debüt edib və iki yoldaşlıq oyununda meydana çıxıb.
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi



























.jpg)
.webp)









