İdman
Millimiz Avropa ikincisi oldu
Bolqarıstanın Samokov şəhərində keçirilən U17 Avropa çempionatına yekun vurulub.
Publika.az-ın Azərbaycan Güləş Federasiyasına istinadla məlumatına görə, sərbəst güləş üzrə millimiz uğurlu çıxış edərək 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Yekunda 156 xal toplayan yığmamız çempion olan Rusiyadan cəmi 7 xal geri qalmaqla komanda hesabında Avropa ikincisi olub. Gürcüstan 124 xalla ilk "3-lüy"ü qapayıb.
Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq) və Nihad Süleymanlı (80 kq) Avropa çempionu olub. Rəşid Nazarov (65 kq) gümüş, Tunar Həsənov (45 kq), Abbas Şəfiyev (55 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu























.webp)
.jpg)










