Hadisə
Əsgərin ölümünə görə saxlanılan komandir sərbəst buraxıldı
Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynov hissə komandiri, kapitan Mahmud Hikmət oğlu Səfəralıyev tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qaldığından 15 noyabr 2025-ci il tarixdə özünü öldürüb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, faktla bağlı hərbi prokurorluqda aparılan istintaq zamanı kapitan Mahmud Səfəralıyevin törətdiyi əməllər sübut olunub, o, əvvəlcə tutulub saxlanılıb, sonra Cinayət Məcəlləsinin maddələri ilə ona ittiham elan olunub və 27 noyabr 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Cəlilabad hərbi məhkəməsinə müraciət edilib.
Lakin Cəlilabad hərbi məhkəməsi əsgərlərə qarşı müxtəlif vaxtlarda qanunsuzluğa yol vermiş, buna görə Dövlət Sərhəd Xidməti tərəfindən də vəzifədən azad olunmiş kapitan Mahmud Səfəralıyevi azadlığa buraxıb.
Kapitan M.Səfaralıyevin çoxsaylı cinayət əməlləri törətməsinə baxmayaraq azadlıqda qalması həm cəmiyyətdə mənfi emosiya doğurub, həm də mərhum əsgərin yaxınları tərəfindən ciddi narazılığa səbəb olub.
Hərbi prokurorluğun həmin qərardan apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.
-
İdman01:11Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - VİDEO
-
Magazin100:15"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir mesaj çox şeyi dəyişə bilər
-
Elm və təhsil17 May 23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman17 May 23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin117 May 23:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya17 May 22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin117 May 22:008 illik evlilik Hazala görə bitdi?






























.jpg)


