Hadisə
Bakıda çoxmərtəbəli binada YANĞIN baş verdi - FOTO/VİDEO/YENİLƏNDİ
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın tam söndürülüb.
Publika.az-a bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.
***
Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin çevik müdaxiləsi sayəsində paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Publika.az xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
***
Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Publika.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hadisə yerində sakinlərin təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Publika.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
-
İdman01:11Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - VİDEO
-
Magazin100:15"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir mesaj çox şeyi dəyişə bilər
-
Elm və təhsil17 May 23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman17 May 23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin117 May 23:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya17 May 22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin117 May 22:008 illik evlilik Hazala görə bitdi?






























.jpg)


