Hadisə
Mühasibin döydüyü direktor işdən çıxarıldı
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən Sosial-İqtisadi Kollecin direktoru olmuş Şəhriyar Laçınova qarşı zorakılıq göstərən mühasib barəsində cinayət işi məhkəməyə göndərilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, mühasib Turab Şabanovun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi başlanıb və iş Sabunçu Rayon Məhkəməsinə göndərilib.
İstintaq materiallarına əsasən, tərəflər arasında gərginlik kollecdə yeni idarəetmə qərarlarının qəbul edilməsi fonunda yaranıb. Turab Şabanov yeni direktorun qərarları ilə razılaşmayıb və onların arasında dəfələrlə mübahisələr baş verib.
Sonuncu mübahisə bu ilin mart ayında kollecin qəbul otağında yaşanıb. Mübahisə zamanı mühasib Turab Şabanov yumruqla direktprun sifət nahiyəsinə zərbə vurub və Şəhriyar Laçınov xəsarət alıb.
İnsidentdən az müddət sonra Şəhriyar Laçınov direktor vəzifəsindən azad edilib.
-
Magazin100:15"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir mesaj çox şeyi dəyişə bilər
-
Elm və təhsil17 May 23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman17 May 23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin117 May 23:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya17 May 22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin117 May 22:008 illik evlilik Hazala görə bitdi?
-
Magazin117 May 20:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO






























.jpg)


