Hadisə
İdmançı qadına qarşı 100 minlik dələduzluqda ittiham edilənin cəzası yüngülləşdirildi
Külli miqdarda dələduzluqda və psixotrop maddə əldə etmədə təqsirləndirilən 1992-ci il təvəllüdlü Məhəmməd Abışovun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində başa çatıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, istintaq materiallarına əsasən Məhəmməd Abışov özünü müxtəlif dövlət qurumlarında tanışlarının olduğunu deyərək bir neçə nəfərin etibarından sui-istifadə etməklə onlara qarşı dələduzluq etməkdə ittiham olunur.
İttihama görə, Məhəmməd Abışov sertifikasiya imtahanında uğursuz nəticə aldığı üçün işdən xaric edilən müəllimin vəzifəyə bərpa olunmasına kömək edəcəyi vədi ilə 7 min manat alıb. Başqa bir nəfərdən Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən torpaq sahəsinə çıxarış alınması üçün 5 min manat, digər zərərçəkmişdən isə torpağa çıxarış vədi ilə 23 min manat alıb.
Məhəmməd Abışova qarşı irəli sürülmüş əsas ittiham isə külli miqdarda dələduzluq epizodudur. İttihama görə, o, Sevinc Dadaşova adlı xanıma özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək 100 min manat alıb.
Sevinc Dadaşovanın 3 nəfərdə külli miqdarda pulu olub. Məhəmməd Abışov həmin şəxslərdən pulu alacağını, qarşılığında isə ödəniş kimi 100 min manat istəyib. Zərərçəkmiş məhkəmədə 300 min manatdan çox pulunun mənimsənildiyini bildirib.
M.Abışov saxlanılan zaman yaşadığı ünvana baxış zamanı metamfetamin aşkar edilərək götürülüb.
100 min manat ziyan dəymiş idmançı xanım Sevinc Dadaşova məhkəmədə bildirib ki, M.Abışov işi “həll etmək” adı ilə pulu avtomobildə təhvil alıb və daha sonra əlaqələri kəsib. Zərərçəkmiş bildirib ki, Abışovdan pulu və sənədləri tələb edərkən “mənim sənə verəsi heç nəyim yoxdur” cavabını alıb və bundan sonra hüquq-mühafizə orqanlarına müraciət edib.
Zərərçəkmiş Sevinc Dadaşova şirkətlərdən birində mühasib işlədiyini, həmçinin pul müqabilində döyüşlərdə iştirak etdiyini, qeyd edilən məbləğdəki pulları da bu yolla qazandığını bildirib.
Məhkəmə araşdırması zamanı Məhəmməd Abışovun barəsində ittihamın bir hissəsi yüngülləşdirilib.
Məhkəmə belə qənaətə gəlib ki, M.Abışovun Sevinc Dadaşovadan 100 min manat alması sübuta yetirilmir.
Lakin digər epizodlar üzrə ittihamlara görə Məhəmməd Abışova cəza təyin edilib. Həmin zərərçəkmişlərin bəziləri ilə də barışıq əldə edilib.
M.Abışova qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi sübuta yetirilmədiyi üçün ittiham 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilib.
M.Abışov xeyli miqdarda təkrar dələduzluq və narkotik ittihamları üzrə 4 il müddətinə azadlıqdan məhrum edilmə cəzası alıb.
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop22 Aprel 17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz












-332321585f0779969d9957a0ad7dcda0.jpg)









.png)














