Hadisə
Azərbaycana 2,4 milyon manatlıq qızıl keçirmək istədilər - FOTO
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Azərbaycana qanunsuz 11 kiloqrama yaxın qızıl gətirilməsinin qarşısını alıb.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının "Terminal 1" gömrük postunun gömrük nəzarəti zonasında əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.
Yoxlama zamanı çamadanın içərisindən gömrük orqanına bəyan edilməyən, xüsusilə külli miqdarda, 2 milyon 440 min 344 manat dəyərində, ümumi kütləsi 10 kiloqram 883.82 qram təşkil edən qızıldan hazırlanmış məmulatlar və 0.6 qram çəkidə 3 karat brilyant qaş aşkar olunub.
Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Müəyyən edilib ki, qeyd olunan qızıl məmulatlarını izi azdırmaq məqsədilə bir şəxs Dubaydan İstanbula, oradan isə digər şəxs Bakıya gətirib.
Hazırda qeyd olunan faktda iştirakları olan bütün şəxslərin, eləcə də bu halın baş verməsinə şərait yaradanların müəyyən edilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.
-
Magazin100:15"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir mesaj çox şeyi dəyişə bilər
-
Elm və təhsil17 May 23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman17 May 23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin117 May 23:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya17 May 22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin117 May 22:008 illik evlilik Hazala görə bitdi?
-
Magazin117 May 20:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO






























.jpg)


