Hadisə
Oğurluq edən 5 nəfər saxlanıldı
Bakıda oğurluq edən beş nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Publika.az-a verilən məlumata görə, paytaxtın Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək avtomobilindən akkumulyatorun oğurlandığını bildirib.
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar 37 yaşlı A.Quliyev və 39 yaşlı Ə.Abbasov müəyyən olunaraq saxlanılıblar.
Binəqədi rayonunda da oğurluq hadisələri qeydə alınıb. Rayon ərazisindəki obyektlərin birindən 700 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı V.Klimaşkin və əvvəllər məhkum olunmuş 33 yaşlı Ə.Rəhimli müəyyən olunaraq saxlanılıblar.
Rayon ərazisində qeydə alınan digər oğurluq hadisəsi zamanı bir evdən 2100 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyasını oğurlamaqda şübhəli bilinən 24 yaşlı N.Sadıqova da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi






.jpg)






























