Magazin1
Mələkxanımın qızından övladı ilə bağlı qadağa - “Pul üçün...”
Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova ilk dəfə övladı ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Publika.az xəbər verir ki, bloger ana olmağın həyatında tamamilə yeni və xüsusi bir mərhələ açdığını bildirib. O, analıq hissinin təsvirolunmaz duyğular yaşatdığını və övladı ilə keçirdiyi hər anın onun üçün çox dəyərli olduğunu deyib.
Nəzrin Nəcəfova övladının üzünü sosial şəbəkələrdə gizli saxlamasının səbəbinə də aydınlıq gətirib. Onun sözlərinə görə, yaxın dostları və doğmaları körpə Şirini görmək üçün səbirsizliklə gözləyiblər və bu münasibətlə 40 günlük məclis də təşkil olunub. Buna baxmayaraq, ailə övladlarının görüntülərini ictimaiyyətlə paylaşmamağa qərar verib:
"Dostlarımız, doğmalarımız Şirini çox görmək istəyirdi. Biz də 40 günlük məclis etdik. Amma övladımızın üzünü sosial mediada göstərmədik. Bunun səbəbi nəzərdir. Mənfi enerjilərin övladımıza təsir etməsini istəmirik. Hətta maddi təkliflər olsa belə, heç bir əməkdaşlıq çərçivəsində övladımızın üzünü paylaşmarıq".
Bloger açıqlamasında anası, Xalq artisti Mələkxanım Eyubova ilə münasibətlərindən də söz açıb. O, ailə bağlarının hər zaman güclü olduğunu, anasının həm sənətdə, həm də şəxsi həyatında onun üçün böyük dayaq rolunu oynadığını bildirib.
Qeyd edək ki, Nəzrin müğənni Mərdan Kazımovla ailəlidir. (Musavat)
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı






.jpg)

.jpg)





.jpg)


.jpg)







.jpg)
.jpg)









.jpg)


