Maraq dünyası
Müqəddəs şəxsin kəlləsini oğurlayıb üzərinə beton tökdü - FOTO
Çexiya polisi Yablonnadakı bazilikdən oğurlanmış Müqəddəs Zdislavanın kəllə sümüyünü tapıb.
Publika.az xəbər verir ki, bu barədə Polşanın "Vedomosti" nəşri məlumat yayıb.
Saytın məlumatına görə, oğru 13-cü əsrə aid dəyərli qalığın üzərinə beton tökübmüş. Mütəxəssislər hazırda onu zədələmədən xilas etmək üçün çalışırlar.
"35 yaşlı şübhəli 14 mayda Mlada-Boleslavda həbs edilib. Lakin o, əvvəllər Yablonnada yaşayıb və yerli bazilikanı yaxşı tanıyırmış",- nəşr yazıb.
Polis orqanının sözçüsü İvana Balakova isə bildirib ki, müstəntiqlər şübhəlinin heç bir müqavimət göstərmədiyini və oğurluq, əmlaka ziyan vurmaqla bağlı günahını etiraf etdiyini deyiblər. Onu səkkiz ilə qədər həbs cəzası gözləyir.
"Saxlanılan şəxs iddia edib ki, kəllənin kilsədə nümayiş etdirilməsi qərarı ilə razılaşmadığı və guya onu gizli şəkildə basdırmaq istədiyi üçün oğurlayıbmış. O, mayın 15-də kəlləni çayda batırmağı planlaşdırıb", - deyə Balakova bildirib.
Qeyd edək ki, Yablonnadakı bazilika 1252-ci ildə orta əsr müqəddəslərindən birinin qalıqlarının dəfn edildiyi yerdə inşa edilib. Əsrlər boyu məzar çex ailələri üçün ziyarət yeri olub.
Mayın 12-də isə müqəddəsin qalıqlarının bazilikadakı saxlandığı məkanın siqnalizasiyası həmişəki kimi, kilsə ibadəti zamanı söndürülübmüş. Keşiş qurbangaha yaxınlaşanda iki silah səsi eşidib və kiminsə kilsədən qaçdığını görüb. Bazilika rəsmiləri müşahidə kamerasına düşən görüntülərdə qara geyimli birini görüblər.
Sonradan məlum olub ki, oğru Zdislava adlı müqəddəsin qalığını götürüb, lakin kəlləyə taxılmış qızılı tac kilsədə qoyub gedib.
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü


















.jpg)
.jpg)



.jpg)














