Hadisə
Tovuzda müdiri iş otağında bıçaqladılar - VİDEO
Tovuzda qadına kəsici alətlə xəsarət yetirilib. Hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb. Xəsarət alan şəxsin kənddəki körpələr evinin müdiri 43 yaşlı Şəlalə Abdullayeva olduğu bildirilir.
İlkin məlumata görə, keçmiş həyat yoldaşı işdə ona kəsici alətlə xəsarət yetirib. Qadına dərhal tibbi yardım göstərilib və vəziyyətinin normal olduğu bildirilir.
Zərərçəkənin anasının sözlərinə görə, bu hadisə artıq bir neçə dəfə təkrarlanıb: "Bundan əvvəl də 2-3 dəfə bıçaqla gəlib qızımı öldürmək istəyib. Qızım polisə müraciət etməmişdi, gərək edəydi. Oğlan narkomandır. Rəsmi şəkildə ayrılıblar".
Hadisə müdirin iş otağında baş verib. Kollektivdən bildirilib ki, Şəlalə Abdullayevanın keçmiş həyat yoldaşı Elşən Bağırov onun iş otağına girib, bir müddətdən sonra ona xəsarət yetirib. Qadına kollektiv tərəfindən yardım göstərilib:
"Bir neçə gündür zəng edərək "səni öldürəcəyəm" deyirdi. Bu dəfə əlində bıçaqla gəldi ki, sən yaşamayacaqsan. Hadisə uşaqların gözü qarşısında baş verdi".
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi






.jpg)






























