Hadisə
Görüşlərə hərbi formada gələn "məmur" - Şirkətlərə 358 min ziyan vurub
Narkotik satışı ilə bağlı uzun müddət həbsdə olmuş şəxs bu dəfə ağlasığmaz cinayət törədib.
Publika.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, beş il əvvəl azadlığa çıxan 45 yaşlı Anar Mehdiyev özünü Müdafiə Nazirliyinin zabiti kimi təqdim edərək bir neçə şirkət rəhbərinə 358 min manat ziyan vurub.
Mehdiyev zərərçəkmişlərdən birinə özünü Müdafiə Nazirliyinin Təchizat şöbəsinin mayoru, birinə polkovnik-leytenantı, digərinə isə polkovniki kimi təqdim edib. Guya adı Zeynaldır, ordunun ərzaq və digər təminatlarını yerinə yetirir.
Məsələn, ərzaq satışı ilə məşğul olan firma sahibi Rizvan Quliyevə belə kələk gəlib ki, o, Şəmkir və Bərdə hərbi korpuslarının ərzaq təminatını təşkil edir. Anar bu üsulla firmanın anbarından 52 min 500 manatlıq mal əti götürüb. Həmin məhsulu isə müxtəlif ticarət obyektlərində satdıqdan sonra ona inamı möhkəmləndirmək üçün əldə etdiyi vəsaitdən firma sahibinə 40 min manat verib. Artıq güvən qazanan Mehdiyev növbəti dəfə eyni firmadan 82 min 500 manatlıq məhsul alaraq aradan çıxıb.
Bundan sonra Mehdiyev pulunu hesaba köçürəcəyini deyərək eyni fırıldaqla üç fərqli şirkətdən 200 min manatlıq toyuq əti, başqa bir firmanın direktor müavinindən isə 26 min manatlıq təkər və akkumulyatoru alıb, sataraq pulunu mənimsəyib.
İstintaq materiallarında yazılıb ki, o, rəsmi şəxs olduğunu sübut etmək üçün saxta sənədlər təqdim edib.
Təqsirləndirilən şəxs sonuncu zərərçəkmişi də özünəməxsus şəkildə aldadıb. Firmanın direktor müavinini inandırıb ki, Müdafiə Nazirliyinin bir sıra yük maşınlarının təkərləri və akkumulyatorları sıradan çıxıb, Zəfər Günü ilə bağlı bir neçə günlük fasilədən istifadə edərək təcili dəyişdirilməlidirlər.
Aldanılan iş adamlarının sözlərinə görə, Anar Mehdiyev onları şoka salıb. Belə ki, görüşlərə hərbi formada gəlib, özünü əsl dövlət məmuru kimi aparıb. Onlar hamısı şikayətçi olduqlarını, amma pullarının ödəniləcəyi halda barışığa gedə biləcəklərini deyiblər.
Müttəhim "zabit" özü də təqsirini boynuna alıb, sadəcə, bəzi zərərçəkmişlərin onun qaytardığı pulu nəzərə almadıqlarını əlavə edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri zərərçəkmişləri və şahidləri dinlədikdən sonra təqsirləndirilən şəxsə düzgün ittiham verildiyini təsdiq ediblər. Nəticədə Anar Mehdiyev külli miqdarda dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
-
Nida Xəbər 20 Aprel 23:00Sumqayıtda işdən çıxarılan baş memarın yerinə yeni təyinat
-
Hadisə20 Aprel 22:32Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var
-
Elm və təhsil20 Aprel 21:39Azərbaycanda III ixtisas qrupu ləğv olunur?
-
Hadisə20 Aprel 20:24Kür çayı daşdı - Samuxda əkin sahələrini su basdı
-
ABŞ20 Aprel 19:00İranla razılaşma bu gün axşam imzalanacaq - Tramp
-
Nida Xəbər 20 Aprel 18:50Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - Açıqlama
-
Rəsmi xronika20 Aprel 17:28İlham Əliyev fərman imzaladı
-
Sosial20 Aprel 17:00Əli Əsədov qərar imzaladı

































