Hadisə
Bakıda məktəbdə şagirdlər arasında münaqişə... - Video
Mayın 12-də 271 nömrəli tam orta ümumtəhsil məktəbinin sanitar qovşağında tənəffüs zamanı 2 nəfər IX sinif şagirdi (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) arasında münaqişə baş verib.
Publika.az xəbər verir ki, 271 nömrəli tam orta ümumtəhsil məktəbindən Axar.az-a verilən məlumata görə, bu barədə şagirdlər müəllim və məktəb rəhbərliyinə heç bir məlumat verməyib.
Bildirilib ki, videogörüntü sosial şəbəkədə yayıldıqdan sonra məsələ məktəb rəhbərliyi tərəfindən araşdırılıb. Fiziki təzyiqə məruz qalan şagird heç bir xəsarət almayıb.
“Məktəb rəhbərliyi tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Valideynlər məktəbə dəvət edilib, onlara övladlarının davranışlarına diqqətin artırılması və bu istiqamətdə məktəblə əməkdaşlığın gücləndirilməsi yönündə tövsiyələr verilib.
Məktəb psixoloqu tərəfindən uşaqlarla bağlı müvafiq dəstəkləyici tədbirlərə başlanılıb.
Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin nümayəndələri məktəbdə olub, şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib.
Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır”, - məlumatda qeyd olunub.
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar




































