Hadisə
Ayı qadının üzünü parçaladı - Görün sonra nələr baş verdi
İndoneziyada həkimlər ayının hücumuna məruz qalan qadının üzünü bərpa etməyə nail olublar.
Publika.az xəbər verir ki, hadisə 68 yaşlı qadın qəhvə plantasiyasında işləyərkən baş verib. Yırtıcı onun üzünün sol hissəsini caynaqları ilə qoparıb və qadını təxminən 10 metr sürüyüb.
Ağır xəsarət alan qadın təcili şəkildə yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra başqa klinikaya göndərilib.
Məlumata görə, yol boyu həkimlər qadının vəziyyətini antibiotiklər və ağrıkəsicilərlə sabit saxlamağa çalışıblar.
Cərrahlar müayinə zamanı qadının almacıq sümüyünün və üst çənəsinin sındığını müəyyən ediblər. Üst ön dişləri qopub, sol gözü isə o qədər ciddi zədələnib ki, onu çıxarmaq məcburiyyətində qalıblar.
Ümumi narkoz altında aparılan əməliyyat zamanı həkimlər yaraları təmizləyərək qadının üzünün sol hissəsini bərpa ediblər.
İki həftə sonra onun tikişləri sökülüb, dörd ay sonra isə yaralarının tam sağaldığı bildirilib. Qadının yenidən danışa və qida qəbul edə bildiyi qeyd olunub.
Müəllif: Adəm
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar




































