Hadisə
Məktəblidən oğurladığı “iPhone 16”nı 25 manata satdı, həbs olundu
Bakının Yasamal rayonu ərazisində 7-ci sinif şagirdinə məxsus “iPhone 16”nı oğurlayan şəxs həbs olunub.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, məhkəmə qərarı ilə 1984-cü il təvəllüdlü Sadiq Məmmədov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, 13 yaşlı məktəbli Yasamal rayonu, Mehdi Hüseynzadə parkında çantasını parkda olan oturacağa qoyub və futbol oynayıb. Bu zaman fürsətdən istifadə edən təqsirləndirilən şəxs onun çantasından dəyəri 3000 manat olan mobil telefonu oğurlayıb.
Qeyd edək ki, Sadiq oğurladığı telefonu daha sonra tanışı olan şəxsə 25 manata satıb. Yasamal polisi mobil telefonun sahibinə qaytarılmasını təmin edib.
-
Ekologiya13:14Bəzi rayonlara yağış yağacaq - HAVA PROQNOZU
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür
-
Sosial11:18Artıq 60 yaşdan yuxarı cütlüklər də boşanır - Azərbaycanda nə baş verir?
-
Hadisə11:10Hövsanda mağazanın tavanı çökdü, xəsarət alan var - VİDEO
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir










.jpg)






.jpg)



















