Hadisə
Bakıda yanacaqdoldurma məntəqəsində pozuntu aşkarlandı - Video
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Publika.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Sabunçu rayonu ərazisində fəaliyyət göstərən çoxnövlü yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntu aşkarlanıb.
Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan sıxılmış təbii qaz qurğu kompleksinə aid qaz balonlarının və qurutma qurğusunun tutumlarının növbəti texniki yoxlamasının aparılmadığı müəyyən edilib.
Aşkar olunan pozuntunun dərhal aradan qaldırılmasının mümkün olmadığı, həmçinin insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin sıxılmış təbii qaz qurğu kompleksinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntunun aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi obyektin cavabdeh şəxsinə təqdim edilib.
Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyektin cavabdeh şəxsi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntunun aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov
-
ABŞ05:15Trampın paylaşdığı video olay oldu
-
Qoroskop03:43Bürclər bu günə nə deyir? - Qoroskop
-
Dünya00:23Hava zərbələri bir həftə davam edə bilər... - SEPAH nə planlayır?
-
Dünya00:05İran İsrailə hava zərbələri endirdi
-
Cənubi Qafqaz7 İyun 21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya7 İyun 19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan




































