Nida Xəbər
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək - FOTO
Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ölkənin Maramureş vilayətinin paytaxt şəhəri Baia Marenin meri İoan Doru Denkuş ilə görüşü keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Rumıniyadakı səfirliyinin Mətbuat xidməti məlumat yayıb.
Görüşdə Baia Mare və Xankəndi şəhərləri arasında əlaqələrin qurulması və inkişafı, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi və digər qarşılıqlı fayda doğuran məsələlər müzakirə mövzusu olub.
Baia Marenin meri İoan Doru Dencuş Azərbaycan, o cümlədən Qarabağ bölgəsi ilə əlaqələrin inkişafı üçün konkret istiqamətlərin müəyyənləşdirməsini, Azərbaycan şirkətləri ilə tərəfdaşlıq əlaqələrinin qurulmasını və qarşılıqlı investisiya imkanlarının dəyərləndirməsini təklif edib. O, Qarabağ regionu ilə həmçinin mədəni, humanitar və idman sahələrində əməkdaşlığa maraqlı olduqlarını bildirib.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşı tərəfə dəvətə görə təşəkkürünü bildirərək, Xankəndi şəhərinin coğrafi yerləşməsi, füsunkar təbiəti və zəngin irsi baxımından Baia Mare şəhərinə oxşarlıqlarından söz açıb. O, həmçinin Azərbaycanın Qarabağ regionunun paytaxtı olaraq aparıcı rolunu vurğulayaraq, Xankəndi şəhərinin 270 illik zəngin tarixə malik olduğunu, 30 ildən artıq Ermənistan tərəfindən işğalda saxlanıldığını və Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsində 2023-cü ilin sentyabr ayında azad olunduğu qarşı tərəfə çatdırıb. Bunda əlavə, Elçin Yusubov Qarabağda həyata keçirilən iri miqyaslı tikinti, quruculuq və infrastruktur lahiyələri barədə söz açaraq, xarici investorlar üçün bölgədə yaradılan geniş imkanlardan danışıb. “Qarabağda həyata keçirilən miqyaslı layihələr uzunmüddətli strateji baxımından bütün region ölkələri, o cümlədən Avropa ölkələri üçün fayda daşıyır”- deyə, o qeyd edib.
Bundan əlavə, E.Yusubov Rumıniya tərəfini Azərbaycana, xüsusən Qarabağa rəsmi səfərə dəvət edib.
Görüşdə tərəflər Baia Mare və Xankəndi şəhərləri arasında qardaşlaşma haqqında sazişin imzalanması barədə razılığa gəliblər.
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov








.jpg)



.jpg)










.jpg)

.jpg)














.jpg)