İdman
Həbibdən İslama irad: "Bəzən kimisə bəyənmirsən..."
UFC əfsanəsi Həbib Nurməhəmmədov ABŞ-ın Filadelfiya şəhərində keçiriləcək UFC 330 turnirindən əvvəl keçirilən mətbuat konfransında dostu, UFC çempionu İslam Mahaçevin davranışını qınayıb.
Publika.az xəbər verir ki, mətbuat konfransı zamanı Maxaçevin ən yaxın rəqibi, irlandiyalı İan Qarri İslamı planetin ən yaxşı döyüşçüsü adlandırıb. Lakin rusiyalı rəqibinin təriflərini qiymətləndirməyib və “Qardaş, sadəcə sus” cavabını verib.
Maxaçev daha sonra izdihamın səs-küyünə görə Qarinin sözlərinin mənasını başa düşmədiyini və irlandiyalını incitmək istəmədiyini etiraf edib.
“Mən bu uşaqlara bir il ingilis dili dərsləri keçmələri üçün pul ödədim, amma onlar heç nə öyrənmədilər! İan Qarri İslam haqqında çox gözəl bir şərh verdi, o isə dedi: “Sus!” Özünü yaxşı apar, qardaş!
Bəzən kimisə bəyənmirsən. Amma kimsə sənə hörmət edəndə, heç olmasa ağzını yum. Sadəcə sus!” – Həbib Uill Harrisə verdiyi müsahibədə deyib.
İslam Mahaçev və İan Qarri 16 avqust bazar günü ABŞ-ın Filadelfiya şəhərində keçiriləcək UFC 330 turnirində UFC yarımorta çəki dərəcəsində çempionluq kəməri uğrunda döyüşəcəklər.
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
































