Hadisə
Narkotikin təsiri altında avtomobil qaçırdı
Paytaxtın Binəqədi rayonunda zərərçəkən polisə müraciət edərək “Chevrolet” markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı İ.Papaxov saxlanılıb. Araşdırmalarla məlum olub ki, həmin şəxs taksi fəaliyyəti ilə məşğul olan zərərçəkənin müştəriyə kömək etmək məqsədilə bir neçə dəqiqəlik avtomobildən uzaqlaşmasını fürsət bilərək cinayət əməlini həyata keçirib. Hadisəni törətdikdən sonra İ.Papaxov paytaxtdan Balakən rayonuna doğru hərəkət edərkən polis əməkdaşları onu stasionar postların birində saxlayıblar. Onun davranış və hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçmək üçün müvafiq qaydada tibbi müəssisəyə aparılıb. Müayinə nəticəsində İ.Papaxovun narkotik vasitə qəbul etdiyi məlum olub. Nəqliyyat vasitəsi isə sahibinə geri qaytarılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
-
Sosial11:18Artıq 60 yaşdan yuxarı cütlüklər də boşanır - Azərbaycanda nə baş verir?
-
Hadisə11:10Hövsanda mağazanın tavanı çökdü, xəsarət alan var - VİDEO
-
Region10:48Ermənistanda dəhşətli görüntülər yayıldı - VİDEO
-
ABŞ10:05Maskın atası: "Zelenski Prezident deyil!"
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir









.jpg)



.jpg)


.jpg)
















