Hadisə
5 yaşlı uşaq su anbarında boğuldu - Təfərrüat
Cəlilabadda 5 yaşlı azyaşlının boğulması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu gün 5 yaşlı Onar Zamanovun itkin düşməsi barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Daha sonra aparılan axtarış tədbirləri nəticəsində azyaşlının yaşadığı evin qarşı tərəfində yerləşən Uzuntəpə su anbarında boğulduğu müəyyən edilib.
Hadisə yerinə cəlb olunan aidiyyəti qurumların əməkdaşları tərəfindən uşağın meyiti sudan çıxarılıb.
Daha sonra polisə məlumat verilib və meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
Cəlilabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Kənd sakini, 5 yaşlı Onur Amil oğlu Zamanov ehtiyatsızlıqdan su anbarına düşüb. Azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra mərhumun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi





































