Səhiyyə
Rusiya mümkünsüzü bacardı - Beyin şişlərini robortlar müalicə edəcək
Rusiyada ultrasəs “skalpelinin” köməyi ilə baş beyin şişlərinin müalicəsi üçün nəzərdə tutulmuş robotlaşdırılmış kompleksin seriyalı istehsalı təşkil ediləcək.
Publika.az xəbər verir ki, bu barədə “Gələcəyin elmi — gənclərin elmi” forumunda Rusiya Federasiyası Tibbi-Bioloji Agentliyinin (FMBA) Federal Bein və Neyrotexnologiyalar Mərkəzinin direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Vsevolod Belousov bildirib.
Mütəxəssisin sözlərinə görə, yeni texnologiya tələb olunan nahiyələrə tətbiq olunan fokuslu ultrasəsə əsaslandığı üçün kəsiklərə və ya kəllənin açılmasına ehtiyac qalmır.
“Ultrasəs naviqasiyası hesabına cihaz yüksək dəqiqliyə malikdir ki, bu da ondan istənilən neyrocərrahiyyə əməliyyatxanasında istifadə etməyə imkan verəcək”, – deyə alim bölüşüb.
Bundan əlavə, Belousov Rusiyada inkişaf etdirilən beyin patologiyalarının digər qabaqcıl müalicə üsullarından danışıb. Xüsusilə, tədqiqatçılar neyronları aktivləşdirmək üçün soyuq və istilik hissiyatına cavabdeh olan strukturlar olan termoreseptorları işə salmağı öyrəniblər. Belə yanaşmalar epilepsiyanın ocaqlı formaları ilə mübarizə aparmağa kömək edəcək.
Digər perspektivli istiqamət isə müəyyən edilmiş arxitekturaya malik beyin toxumalarının bioloji çapı üsullarının işlənib hazırlanmasıdır. Onlar travma və ya insult nəticəsində itirilmiş sahələri əvəz etməyə imkan verəcək.
Hüseyn İbadlı
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj











.png)





















