Hadisə
Digah qəsəbəsində gölün bəndi yarıldı, evləri su basdı - Video
Abşeron rayonunun Digah qəsəbəsində gölün bəndi yarılıb, 100-dən çox evi su basıb.
Publika.az xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidə suyun səviyyəsi bəzi yerlərdə 1 metrdən artıqdır.
Nəticədə vətəndaşlar evlərinə daxil olmaqda çətinlik çəkir, bir çox ailə isə təhlükəsizlik məqsədilə yaşayış yerlərini tərk etməyə məcbur olub.
Subasma nəticəsində evlərdə olan məişət əşyalarının böyük hissəsi yararsız hala düşüb.
“Bir gün məsciddə qalırıq, bir gün qızımgildə. Öz evimizdə qala bilmirik. Gedin baxın, o evə girmək olarmı”, - deyə sakinlərdən biri qeyd edib.
Hadisədən sonra əraziyə Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları, yerli bələdiyyə nümayəndələri, Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Bağlar Sukanal İdarəsindən bildirilib ki, daxil olmuş tapşırıq əsasında Digah qəsəbəsi ərazisində yerləşən şor gölü ətrafına təcili olaraq işçi heyəti və texnikalar cəlb olunaraq işə başlanılıb.
Hazırda xüsusi texnika və canlı qüvvənin iştirakı ilə suyun çəkilməsi və fəsadların aradan qaldırılması istiqamətində intensiv işlər aparılır.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi





































