Hadisə
İndoneziya sahillərində qayıq batdı: Rusiyalı turist möcüzə sayəsində sağ qaldı
İndoneziyanın Flores adası sahillərində rusiyalı turisti daşıyan qayıq batıb.
Publika.az Teleqram kanalı “Shot”a istinadən xəbər verir ki, rusiyalı turist möcüzəvi şəkildə sağ qalıb.
Mövcud məlumata görə, Rusiya vətəndaşı Akob T. göyərtəsində yalnız kapitan olmaqla "Berkah Kembar" adlı açıq göyərtəli gəmidə dəniz ekskursiyasına çıxıb. Gəmi batmağa başlayanda kapitan qəza siqnalı göndərməyi bacarıb.
Hadisə yerinə gələn xilasedicilər suda heç kimi tapmayıblar. Məlum olub ki, rusiyalı turist və kapitan Seraya adasına üzüblər. Yerli hakimiyyət orqanlarının məlumatına görə, onlar təxminən dörd saat suda qalıblar. Daha sonra hər ikisi Flores adasındakı xəstəxanaya aparılıb və vəziyyətləri qənaətbəxş kimi qiymətləndirilib. Batmanın səbəbi ilə bağlı araşdırma başlanıb. Gəminin rifə çırpıldığı ehtimal olunur.
Müəllif: Tural
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”





































