Hadisə
Rusiyada hərbi zavodda güclü partlayış: ölənlər və yaralananlar var
Rusiyanın Sankt-Peterburq şəhərində “Roskosmos”a məxsus hərbi-sənaye müəssisəsində baş verən partlayış və yanğın insan tələfatına səbəb olub.
Publika.az “Fontanka” nəşrinə istinadən xəbər verir ki, hadisə iyunun 8-də Finlandiya vağzalı yaxınlığındakı sənaye zonasında qeydə alınıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın Mineralnaya küçəsi 32 ünvanında yerləşən istehsalat binasında başlayıb. Açıq mənbələrə əsasən, həmin ünvanda “Roskosmos”un tabeliyində fəaliyyət göstərən “Arsenal” Maşınqayırma Zavodu yerləşir.
Hadisə nəticəsində 4 nəfər həlak olub. Onlardan ikisinin meyiti yanmış binada, digər ikisinin cəsədi isə dağıntılar altından tapılıb. Daha iki nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Kimyəvi reagentlərin saxlandığı anqarda baş verən yanğın 400 kvadratmetr ərazini əhatə edib. Alovun söndürülməsinə xüsusi yanğın qatarı da cəlb olunub və əməliyyat təxminən 9 saat davam edib.
Partlayışın təsirindən müəssisənin ərazisini dəmir yolu xəttindən ayıran kərpic hasar dağılıb. Qatı qara tüstü şəhərin müxtəlif yerlərindən müşahidə olunub. Hadisə səbəbindən Finlandiya vağzalında qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Rusiya İstintaq Komitəsi təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açıb. İlkin versiyaya əsasən, hadisəyə aseton buxarlarının alışması səbəb olub.
Qeyd edək ki, “Arsenal” Maşınqayırma Zavodu Rusiya ordusu və kosmik sənaye üçün məhsullar istehsal edir. Müəssisədə “Lotos” radiotexniki kəşfiyyat peykləri, gəmi artilleriya qurğuları, raket mühərrikləri və digər hərbi təyinatlı avadanlıqlar hazırlanır. Zavod Rusiya müdafiə sifarişlərini yerinə yetirdiyinə görə ABŞ, Böyük Britaniya və Avropa İttifaqının sanksiyalarına məruz qalıb.
Adəm
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”





































