FHN mülki müdafiə təlimi təşkil etdi - VİDEO
Bizi izləyin

Hadisə

FHN mülki müdafiə təlimi təşkil etdi - VİDEO

FHN mülki müdafiə təlimi təşkil etdi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə Sabunçu rayonu “Bakı Fəhləsi Maşınqayırma Zavodu” MMC-də “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimdə FHN Bakı Regional Mərkəzinin (RM) rəisi polkovnik Elnur Məhərrəmov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abbas Zeynalov, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələrinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə, təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı RM-nin rəisi polkovnik Elnur Məhərrəmov mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib.

Müşavirədə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abbas Zeynalov təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində qurumların birgə fəaliyyətinin və əməkdaşlığının əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını diqqətə çatdırıb.

Sonra kompleks mülki müdafiə təliminə start verilib.

Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub. Bununla yanaşı, təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.

Təlim iki mərhələdən ibarət olmaqla keçirilib. Təlimin birinci mərhələsi “Bakı Fəhləsi Maşınqayırma Zavodu” MMC-nin aparatı və struktur bölmələrinin, həmçinin aidiyyəti qurumların fövqəladə hal barədə xəbərdar edilməsi, onların hazır vəziyyətə gətirilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqmətində fəaliyyətin qurulmasını əhatə edib. Bu mərhələdə işçilərin vaxtında xəbərdar olunması, onların inzibati binadan təhlükəsiz əraziyə təxliyə edilməsi, zavodun mühafizəsinin gücləndirilməsi, obyektin mülki müdafiə qüvvələrinin şərti hadisənin baş verdiyi əraziyə yeridilməsi tədbirləri reallaşdırılıb. Eyni zamanda, yaranmış vəziyyət barədə məlumatların toplanılması, təhlili və qiymətləndirilməsi, tabeçilikdə olan qüvvələrə tapşırıqların verilməsi, eləcə də idarəetmə, qarşılıqlı fəaliyyət və hərtərəfli təminat üzrə fəaliyyətlər icra olunub, əlavə qüvvə və vasitələrin hadisə rayonuna cəlb edilməsi ilə obyektin dayanıqlı işinin təmin olunması istiqamətində müvafiq addımlar atılıb.

Təlimin ikinci mərhələsində isə qəza-xilasetmə və digər təxirəsalınmaz işlər davam etdirilib. Bu çərçivədə şərti fəlakət zonasında kəşfiyyat, yanğınların söndürülməsi, axtarış-xilasetmə, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və insanların çadır şəhərciyinə yerləşdirilməsi tədbirləri uğurla yerinə yetirilib.

Son olaraq qüvvə və vasitələrin daimi dislokasiya yerlərinə qaytarılması təmin edilib.

Kompleks mülki müdafiə təliminə ümumilikdə 216 nəfərdən ibarət şəxsi heyət və 29 ədəd texnika cəlb edilib. Tədbirin gedişində FHN qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Oxumağa davam et
Reklam
Reklam

Gündəm