Hadisə
Keçmiş arvadına "sənə sürpriz edəcəyəm" dedi, evini yandırdı
Abşeronda boşandığı həyat yoldaşının və uşaqlarının yaşadığı evi yandırmaqda ittiham edilən Qürbət Şahverdiyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Publika.az Pravda.az-a istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.
İttihama görə, Qürbət Şahverdiyev həbsdən çıxdıqdan sonra boşandığı həyat yoldaşı E.Ş. ilə aralarında mənzilə mübahisə yaranıb. O, içkili halda birgə nikah dövründə yaşadıqları Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindəki fərdi yaşayış evinə gedib. Keçmiş həyat yoldaşını və övladlarını oradan çıxarıb. Bundan sonra siqaret yandıraraq, istifadə etdiyi alışqanı yanılı vəziyyətdə yatağın üzərinə atıb. Alışqanın sönməyəcəyinə əmin olaraq həyətə düşüb. Daha sonra evin yandığını görüb. Nəticədə təqsirləndirilən şəxs 50 000 manat dəyərində əmlakı qəsdən yandırmaqla xeyli miqdarda ziyan vurub.
Məhkəmədə təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı bildirib ki, Qürbət hadisədən bir neçə gün əvvəl "sənə sürpriz edəcəyəm" deyib. Sonra isə sözügedən hadisəni törədib.
Məhkəmənin hökmü ilə Qürbət Şahverdiyev 3 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
-
Hadisə11:40Bakıda motosikletçilər dəhşətli qəza törətdilər: Ölən var - VİDEO
-
İdman10:17“Qarabağ”dan 100 milyonluq transfer: Azərbaycan futbolunda nə baş verir?
-
Magazin209:54Putin hazırda dünyanın ən böyük lideridir! - Stiven Siqal
-
İdman09:45Məşhur aktrisa niyə Messiyə pərəstiş edir? - Birgə fotonu paylaşdı
-
Dünya08:15Kiyevə ballistik raketlərlə hücum - Yaralılar var
-
İdman07:15Portuqal futbolçular Ronaldonu boykot etdilər - Dünya çempionundan şok ittiham
-
ABŞ05:15ABŞ bu dəfə "İran elitasının maliyyəçisi"ni hədəf aldı
-
Region04:30Xameneinin dəfn olunduğu yerin görüntüsü üzə çıxdı - Foto























.webp)












