Hadisə
Daşkəsən və Tovuzda güclü leysan fəsadlar törətdi - YENİLƏNDİ/ FOTO
Azərbaycanın Qərb bölgəsində ötən gecədən başlayaraq səhər saatlarınadək fasilələrlə davam edən güclü yağıntılar ciddi fəsadlara yol açıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Tovuz rayonunda leysan və şimşək çaxması ilə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində infrastrukturda bir sıra problemlər yaranıb. Sel suları səbəbindən rayon mərkəzində yerləşən piyada və avtomobil keçidlərinə su dolub, hərəkətdə məhdudiyyətlər meydana gəlib.
Hazırda aidiyyəti qurumlar tərəfindən keçidlərin sel sularından və lildən təmizlənməsi istiqamətində təxirəsalınmaz işlər həyata keçirilir. Bölgədə qeyri-sabit və yağıntılı hava şəraiti davam edir.
xxx
Daşkəsən rayonunda gecə saatlarında yağan güclü yağış və sel ciddi fəsadlara səbəb olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, rayonun Quşçu kənd sakini Təhməz Rzayevə məxsus 77 baş xırdabuynuzlu heyvan sel sularının təsiri nəticəsində tələf olub.
Hadisə Zəylik kəndi istiqamətinə gedən yolun kənarında yerləşən yataqda qeydə alınıb.
Bundan başqa, Quşçu kəndinə gedən yolda, eləcə də rayonun bir sıra digər yaşayış məntəqələrinə aparan avtomobil yollarında hərəkətlə bağlı ciddi çətinliklər yaranıb.
Qeyd edək ki, ötən gecə Gəncə şəhəri və ətraf rayonlarda güclü yağış yağıb, bəzi ərazilərdə sel hadisələri müşahidə olunub.
-
Hadisə22:04Bakıda avtobus yandı - Video
-
Hadisə21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Ekologiya20:00İlin ikinci Günəş tutulması başladı
-
Maraq dünyası17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...
-
Cənubi Qafqaz16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər
-
Maraq dünyası12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?
-
Yaxın Şərq12:14İranda radikallar güclənir: Trampa qarşı “qorxutma” siyasəti işə yaradı






























