Hadisə
Əhali fövqəladə hallarda davranış qaydaları ilə bağlı maarifləndirilir - FOTO
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi (RM) tərəfindən “Regnum Hotel”də, Abşeron rayonu, Qobu qəsəbə 11 saylı körpələr evi-uşaq bağçasında, Abşeron rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman- Şahmat məktəbində və Abşeron rayonu, Novxanı kənd 13 saylı uşaq bağçasında, Gəncə RM tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən bölməsində, Cənub RM tərəfindən Lerik rayonu, N.Muradov adına Günəşli kənd tam orta məktəbində, Şimal RM tərəfindən “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə və Quba rayonu, Afurca kənd tam orta məktəbində, Qarabağ RM tərəfindən Ağcabədi şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasında, Şimal-qərb RM tərəfindən Şamaxı rayon Heydər Əliyev Mərkəzində, Aran RM tərəfindən Goranboy şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
-
Region15:10Ermənistanın "dolu lənət"i davam edir - VİDEO
-
Region14:5313 yaşlı qız enerji içkilərinin qurbanı oldu - Futbol klublarına çağırılırmış
-
Region14:14Turistlər Opera Teatrının qarşısında ölümcül döyüldülər - VİDEO
-
Avropa13:50Qara dənizdə nə baş verir? - NATO təyyarəsindən qeyri-adi uçuş
-
Ekologiya13:20Sabahın hava proqnozu açıqlandı
-
Səhiyyə13:00Xəstəxanaların həyətində xoşagəlməz görüntülər - Orqan qalıqları... (VİDEO)
-
Yaxın Şərq11:53Hörmüz boğazı yaxınlığında neft tankerləri minaya düşdü
-
Art11:36Ayaz Salayev: İttifaq ölüb! - Müsahibə














































